16 dekabr 2025 10:36
98

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

“İki sahil” xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.