Təkcə bu il Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") üzvləri ölkə iqtisadiyyatına 93 milyon manat investisiya qoyub.
“İki sahil” xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib. Onun sözlərinə görə, son 4 ildə investisiya qoyuluşunun ümumi məbləği isə 167 milyon manat təşkil edib.
"Üzvlərimiz hər il 10 milyon manatlıq ixrac həyata keçirir. Biz hər il qarşımıza strateji hədəflər qoyuruq. Bu hədəflərdən biri investisiyaların artırılması, ticarətin xüsusilə üzvlər arasında genişləndirilməsidir. Bu il üzvlərimiz öz aralarında 4,6 milyon manatlıq ticarət edib. Son 4 ilin ümumi göstəricisi isə 11 milyon manata yaxındır", - deyə R.Cabirli əlavə edib.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti