"Arsenal"dan ayrıldıqdan sonra klubsuz qalan Takehiro Tomiyasunun işsiz günləri başa çatıb.
“İki sahil” xəbər verir ki, yaponiyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək.
Tomiyasu "Ayaks"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.26 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Takehiro Tomiyasu bu ilin yayında "Arsenal"dan ayrılmışdı.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir