17 dekabr 2025 08:34
82

Keçmiş məcburi köçkün: Bu gün doğma yurda köçürük

Bu gün doğma yurda köçürük. Bu münasibətlə çox sevincliyik. Bundan sonra gedib orada yaşayacağıq, qalan ömrümüzü kənd həyatı ilə öz doğma yurdumuzda davam etdirəcəyik.

“İki sahil” xəbər verir ki, bu fikirləri bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edən keçmiş məcburi köçkün Nabat İskəndərova deyib.

Bu vaxta qədər məcburi köçkünlük həyatı yaşadığını bildirən N.İskəndərova indi daha yaxşı günlərinin başlayacağına əmin olduğunu vurğulayıb. "Bu vaxta qədər çox əziyyət çəkmişik. Düzdür, burada bizə doğma şəhərdir. Ancaq xatirələr insanı özünə çəkir. Xatirələrimizə qayıdırıq", - deyə o əlavə edib.

Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.