Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dollar və ya 2 % azalaraq 62,45 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 60,20 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,27 ABŞ dolları və ya 2,06 % azalaraq 60,40 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Qadınların istehsal proseslərinə cəlb olunması həm sosial rifaha, həm də ərzaq təminatının güclənməsinə mühüm töhfə verir - Səkinə Babayeva
Azərbaycan fermeri və aqrar sahibkarı artıq brend yaradan, bazarları araşdıran, innovasiyalara açıq olan güclü iqtisadi subyektdir
Ölkəmizdə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır - Məmməd Musayev