17 dekabr 2025 13:03
108

Anar Cəfərov: Bu tədbirlər kənd təsərrüfatı şirkətləri ilə fermerlər arasında işgüzar əlaqələrin qurulmasına yönəlib

"Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən tədbir bölgələrdə təşkil olunan bir sıra silsilə tədbirlərin yekun tədbiri kimi qiymətləndirilir. Qeyd etmək istəyirəm ki, il ərzində biz 28 rayonda tədbir keçirmişik. Bu tədbirlər Aqrobiznes festivalları adlanır. Bu tədbirlərin əsas mahiyyəti kənd təsərrüfatı şirkətləri ilə fermerlər arasında işgüzar əlaqələrin qurulmasına yönəlib."

Bu fikirləri Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlamasında biıdirib.

A.Cəfərov ​qeyd edib ki, Aqrar Biznes festivalları dövlət qurumları tərəfindən dəstəklənir və burada fermerlərimiz kənd təsərrüfatında istifadə elədikləri ən innovativ texnika, dərmanlar, gübrələr, toxumlar və digər innovativ avadanlıqlarla tanış ola bilər və öz təsərrüfatında tətbiq edə bilərlər: "İyundan başlayaraq bizim Aqrar Biznes festivallarının rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə məhsul festivalları start verilib. 11 fərqli rayonda 19 məhsul festivalı keçirilib. Ümumi olaraq bu il təşkil olunan tədbirlərdə satış həcmi 8 milyon manatdan çox olub. Sevindirici haldır ki, bölgələrdə təşkil olunan tədbirlərdə sərgi yarmarkalar təşkil olunub. Burada 10-dan artıq bank-maliyyə kredit təşkilatları, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Sahibkarlığın İnkişafı Fondu və digər maliyyə qurumlarının nümayəndələri aktiv şəkildə iştirak edirlər. Xüsusilə də bizim fermerlərimizin maliyyə savadlılığının artırılmasında və dövlət tərəfindən verilən güzəştlərdən necə yararlanmaqlarını əyani şəkildə nümayiş etdirə bilərlər."

A. Cəfərov məlumat verib ki,​ bu festivallar çərçivəsində bölgələrdə aqrar sahəyə dövlət dəstəyi panel müzakirəsi keçirilir: "Bu il ərzində biz 14 panel müzakirəsi keçirmişik. Bu panellərdə bir sıra dövlət fondlarının mütəxəssisləri, bankların mütəxəssisləri iştirak edirlər. Fermerlərimizi maraqlandıran sualları birbaşa olaraq cavablandırırlar. O cümlədən qeyd etmək istəyirəm ki, həmin bu tədbirlər çərçivəsində nümayiş toxum sərgi satış yarmarkaları keçirilir. Xüsusilə də bu il təşkil olunan toxum sərgi satış yarmarkalarında 10 hektardan çox əkilən buğda və 100 sektordan hektardan çox əkilən arpa sahəsi olan fermerlərə, fermerlərin daha çox olduğu bölgələrdə təşkil olunmuşdur. Bu toxum sərgi satış yarmarkalarının sayı toplam dörddür. Digər bölgələrə nisbətən daha geniş bölgələri əhatə eləmişdir.

​Mərkəzin direktoru vurğulayıb ki,  bu tədbirlərdə bizim gənc startapçılarımız da iştirak edirlər: "Onlar da fermerlərin öz təsərrüfat texnologiyalarına uyğun olaraq maraqlı, ağıllı həllər təklif edirlər ki, fermerlərimiz də öz təsərrüfatlarında tətbiq etməklə daha çox məhsuldarlıq əldə etmiş olur və öz vəsaitinin qənaət olunmasına gətirib çıxarır. Qeyd etmək istəyirəm ki, artıq gələn ildən başlayacaq "Caspian Agro" sərgisi artıq "Caspian Agro Region" formatında, yəni Kənd Təsərrüfatı Sərgisi Region formatında keçiriləcəkdir. Əlavə olaraq nümayiş sərgisi festivalları gələn ildən başlayaraq həmin sərgidə artıq dörd gün davam edir. Gələn ildən artıq kənd təsərrüfatı sərgisi çərçivəsində keçirilən bu sərgidə nazirliyin və nazirliyin tabeli qurumlarının ümumi il ərzində keçirdiyi konfrans, forumların hamısı məhz kənd təsərrüfatı sərgisi çərçivəsində keçiriləcəkdir. ​O cümlədən həmin o "Caspian Agro" sərgisi çərçivəsində bölgələrdə yaxşı təsərrüfatlara səfərlər təşkil olunacaqdır. Xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı sahələrinə ziyarətlər baş tutacaqdır. Həmçinin qeyd etmək istəyirəm ki, artıq bu il məhsul festivalları keçirilən bölgələr gələn il keçirilən "Caspian Agro" sərgisində regionların pavilyonları altında iştirak edəcəklər. Hər bir məhsul festivalı keçirilən bölgə bir stenddə iştirak edəcəkdir. O cümlədən Azərbaycanın bir neçə rayonunda fəaliyyət göstərən aqroparkların da ayrıca olaraq pavilyonunun "Caspian Agro" sərgisində olmasını planlaşdırırıq."

Orxan Vahidoğlu, "İki sahil"