18 dekabr 2025 12:13
157

Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib

Bu ilin dekabrın 15-dək Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib.

“İki sahil”in Şahdağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu QSC-nin sədri Rüstəm Nəcəfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım deməkdir.

R.Nəcəfov əlavə edib ki, sözügedən dövrdə mərkəzin hotellərində 174 min turist gecələyib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 faiz çoxdur.