Dezinformasiyanın və ölkələrimizn informasiya mühitinə qarşı yönələn təhdidlərin qarşısını almaq üçün sınaqdan çıxmış ən yaxşı üsul cəmiyyətlərin media savadlılığını artırmaqdan ibarətdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda çıxışı zamanı səsləndirib.
“Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir. Bu baxımdan qardaş Türk dövlətləri ilə birgə əməkdaşlığa, fikir mübadiləsinə hazırıq. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün Türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə səsimizin daha güclü eşidiləcəyinə inanırıq”, - deyə Ə.İsmayılov vurğulayıb.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb