18 dekabr 2025 23:36
160

İdmançımız Avropa çempionu olub

Bildiyimiz kimi, dekabrın 10–17-də Almaniyada boks üzrə U-17 Avropa çempionatı keçirilib. Çempionat Azərbaycan idmanına daha bir möhtəşəm uğur əlavə edib. Belə ki, 46 kiloqram çəki dərəcəsində yarışlara qatılan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Qardaş Rəhimov Avropa çempionu adını qazanıb.

Final görüşündə rumıniyalı rəqibini məğlub edən boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ölkəmizin idman bayrağını Avropada yüksəldib. Bu böyük nailiyyət Qardaş Rəhimovun əzmi, zəhməti və peşəkar hazırlığının bariz nümunəsidir.

Qeyd edək ki, Avropa çempionunun məşqçisi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin məşqçi-müəllimi Orxan Cəbiyevdir.

Orxan kimi idmançılar bütün Azərbaycanın fəxridirlər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü