19 dekabr 2025 09:23
108

2025-ci ilin sonuncu turuna start verilir

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Kəpəz" Yevlax şəhər stadionunda "Turan Tovuz"la üz-üzə gələcək. Kamal Umudlunun idarə edəcəyi görüş saat 14:00-da start götürəcək. "Turan Tovuz" hazırda 24 xalla 5-ci yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.

Misli Premyer Liqası

II dövrə, XVI tur

19 dekabr

14:00. "Kəpəz" – "Turan Tovuz"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov.

VAR: Nicat İsmayıllı.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Yevlax şəhər stadionu

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.