19 dekabr 2025 13:38
100

Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə başlanılacaq

“Qlobal cərrahiyyə - 2030” layihəsi ölkəmizdə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”.
 
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib. O qeyd edib ki, layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir:
 
“Eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir.
 
Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə də başlanılacaq. Artıq hazırlıq prosesi tamamlanmaq üzrədir”.