19 dekabr 2025 22:36
75

Şəhidin xatirəsi yad edilib

Dekabrın 19-da 44 günlük Vətən müharibəsində şəhid olan Gədəbəy rayonunun Qoşabulaq kənd sakini Əsgərov Hüseyin Ramiz oğlunun beşinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşı, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs nümayəndəsi, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.