19 dekabr 2025 15:48
81

Həmin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb.

“İki sahil” xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb.

Belə ki, 1999-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb. 

Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində 2 balıqçı itkin düşmüşdü. Digər balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. 

Xatırladaq ki, itkin düşən balıqçılar qohum idi.