İİTKM-nin icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn və İİTKM-nin Dövlət Proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının Azərbaycanın həyata keçirdiyi yaşıl enerji dəhlizləri ilə bağlı apardıqları tədqiqatın nəticəsi beynəlxalq konfransda təqdim olunub.
“İki sahil” xəbər verir ki, müəlliflərin “Yaşıl Enerji Koridoru: Vizyonu Reallığa Çevirmək” mövzusundakı araşdırması Türkiyənin İstanbul Nişantaşı Universiteti və Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin birgə təşkilatçılığı ilə 2025-ci il 18-19 dekabr tarixlərində keçirilən 3-cü Beynəlxalq Enerji Konfransında iştirakçıların diqqətinə çatdırılıb.
Konfransda çıxış edən Lətif Zeynallı Azərbaycanda son illərdə yaşıl enerji sahəsində mühüm təşəbbüslərin həyata keçirildiyini qeyd edərək, hazırda ölkədə bir neçə enerji koridorunun yaradılması istiqamətində ardıcıl işlərin aparıldığını vurğulayıb.
Eyni zamanda, İİTKM-nin şöbə müdiri bildirib ki, sözügedən layihələr “Türk Dünyası 2040 Vizyonu”nun reallaşmasına əhəmiyyətli töhfə verməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyini möhkəmləndirir və ölkənin strateji rolunu daha da gücləndirir. Onun sözlərinə görə, gələcəkdə Türkiyə və Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən inteqrasiyası region üçün yeni imkanlar və mühüm strateji üstünlüklər yarada bilər.
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib
Aqrar Sığorta Fondu təsərrüfatlara vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edib