19 dekabr 2025 16:15
122

YAP Kürdəmir rayon təşkilatında partiya veteranının 65 illik yubileyi münasibətilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiya veteranı, rayon təşkilatının yaradıcılarından olan və ilk sədri kimi uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş Mehtiyev Rafiq Yusif oğlunun 65 illik yubileyi  münasibətilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov  yubilyarı  təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət  dolu günlər arzulayıb.

Yubilyar Rafiq Mehtiyev göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin  onun  üçün böyük qürur olduğunu söylədi.

YAP Kürdəmir rayon təşkilatı tərəfindən Rafiq Mehtiyevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına  görə Fəxri Fərman  və  qiymətli  hədiyyə  təqdim edilib.