19 dekabr 2025 19:32
88

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz məhv edilməsi faktları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Sumqаyıt şəhəri Kаmrаn Hüsеynоv küçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərində və İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 297 min 40 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.