Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dünyanın bir çox ölkələrində qeyri-hökumət təşkilatları minlərlə proqram təşkil edir, qəzetlərdə hər gün onlarla məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılılığın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gün yüzlərlə gənc bu səbəbdən həyatını itirir.
Məhz bu halları nəzərə alaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev Narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Dövlət Proqramı təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
Şabran rayonunun hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün davamlı işlər aparır. Rayon İcra Hakimiyyəti məsələnin ciddiliyini nəzərə alaraq rayon hüquq-mühafizə orqanları, əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif layihə və tədbir həyata keçirilmişdir.
Belə ki, rayonun 1 saylı məktəbində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Dövlət Proqramının icrası ilə əlaqədar “Narkomaniyaya aparan yol” devizi altında gənclərlə debat aparılmlşdır. Tədbir iştirakçılarına zərərli vərdişlərə aludəçiliyin aqibəti haqqında geniş məlumat verilmiş, narkomanlığın sağalmaz yara olduğunu, bu yola düşənlər üçün geriyə yol olmadığı barədə geniş müzakirələr aparılmışdır. Həmçinin Şabran şəhərinin 2,3,4 saylı və Ağbaş, Uzunboyad, Şahnəzərli, Aygünlü və Dəvəçi kənd tam orta məktəblərində də yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya və cəmiyyət” mövzusunda tədbirlər təşkil olunmuş, müvafiq dövlət qurumlarının nümayəndələri, yeniyetmə və gənclərə mövzu haqqında geniş məlumat vermiş, narkomaniyanın insan orqanizminə necə təsir etdiyini və bu yoldan sağlam həyata dönüşün olmadığı izah edilmişdir.
Tədbirlərdə gənclərin diqqətinə çatdırılmışdır ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insan həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. Tədbirlərdə müxtəlif təşkilatlarda çalışan gənclərlə birlikdə Şabran rayon məktəblərinin yuxarı sinif şagirdləri də iştirak etmişlər. Tədbir iştirakçılarına narkomaniyanın törətdiyi fəsadlar, “ağ ölüm” kimi ifadə olunan ümumbəşəri bəlanın cəmiyyət üçün nə dərəcədə faciə olduğu izah olunmuş və tədbir iştirakçılarına mövzuya aid flayerlər paylanmışdır.
Həmçinin Şabran rayonunda narkomanlığın qarşısının alınması, təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədi ilə İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının birgə iştirakı ilə mütəmadi tədbirlər keçirilmiş, narkomaniya mövzusunda çıxışlar olunmuş və narkotik vasitələrin, psixotrop maddələrin zərəri təbliğ edilmişdir. Eyni zamanda, Şabran rayonunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadə ilə əlaqədar mübarizəni genişləndirmək məqsədi ilə təşkil olunmuş ümumrayon tədbirlərdə vətəndaş cəmiyyəti üzvləri, gənclər və din xadimləri cəlb edilmişdir.
Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onun prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı Şabran Rayon Gənclər və İdman Sektoru tərəfindən də silsilə tədbirlər keçirilmişdir.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə bağlı cinayətlərə qarşı mübarizədə bu xətt üzrə öz iş fəaliyyətlərini günün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə vasitələri haqqında Fərman və sərəncamları bu vacib məsələ ilə əlaqədar təsdiq olunmuş proqramı Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Daxili İşlər Nazirliyinin kollegiyasının qərarları, əmr və göstərişləri əsasında həyata keçirirlər.
Şabran rayon hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 12 cinayət, 5 inzibati fakt aşkar edilmiş, 4.697 qram narktorik vasitə dövriyyədən çıxarılmışdır.
Bu sahədə hüquq-mühafizə orqanları ilə birgə görülən işlər və həyata keçirilən tədbirlər Şabran Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilir və daim rayon rəhbərliyinin diqqətində saxlanılır.
Hüseyn İlyasov,
Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini