Məşhur tennisçi Stanislas Vavrinka karyerasını 2026-cı ildə başa vuracağını açıqlayıb.
“İki sahil” xəbər verir ki, idmançı bu barədə instaqram hesabında paylaşım edib. “Hər kitabın bir sonu olur. Peşəkar tennisçi kimi karyeramın son fəslini yazmaq vaxtıdır. 2026-cı il mənim bu yoldakı son ilim olacaq”, - deyə tennisçi paylaşımında bildirib.
İsveçrəli idmançı peşəkar tennisdə 2002-ci ildə debüt edib və karyerası ərzində 16 titul qazanıb. O, üç dəfə “Böyük dəbilqə” turnirinin qalibi, 2008-ci ildə Roje Federer ilə birlikdə Olimpiya çempionu olub. S.Vavrinka 2014-cü ildə ölkəsinə ilk dəfə “Davis Kuboku” titulunu qazandırıb.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir