20 dekabr 2025 09:44
74

Avtomobil hasara çırpılıb

Qazax rayonunda avtomobil hasara çırpılıb.

“İki sahil” xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.