20 dekabr 2025 15:26
76

"Barselona" hücumçusu Markus Reşfordla bağlı qərar qəbul edib

İspaniya təmsilçisi "Barselona" hücumçusu Markus Reşfordla bağlı qərar qəbul edib.

"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar müqavilə əsasında "Mançester Yunayted"ə (İngiltərə) məxsus olan 28 yaşlı forvardı birdəfəlik transfer etməyi planlaşdırır. La Liqa klubunun baş məşqçisi Hans-Diter Flik futbolçunun xidmətindən məmnundur və onu komandada saxlamağı düşünür.

Qeyd edək ki, "Barselona" bu transferi həyata keçirərsə, qarşı tərəfə 30 milyon avro ödəməli olacaq. Onun komandası ilə olan hazırkı icarə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Markus Reşford 2025/2026 mövsümündə "Barselona"nın heyətində 23 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.