Sevindiricidir ki, ildən-ilə bu oyunlara maraq artır.
“İki sahil” xəbər verir ki, bunu cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən Uşaq Paralimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti turnirin əhəmiyyətindən bəhs edib: “Uşaqlar üçün olduqca əhəmiyyətli yarışlardır. Çünki yeni nəsil yetişməlidir və bizi əvəz etməlidirlər. Biz bu uşaqlara inanırıq. Onlar gələcəyin titullu idmançıları olacaqlar, bayrağımızı beynəlxalq arenada dalğalandıracaqlar”.
İlham Zəkiyev valideynləri övladlarını idmana yönləndirməyə səsləyib: “Müraciət etsinlər. MPK-da olan mütəxəssislər onlarla məşğul olacaqlar”.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir