Bu oyunu iki fərqli hissəyə bölərdim.
“İki sahil” xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XVI turunda “Karvan-Yevlax”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, ilk hissədə futbolçularının gözlədiyi intensivliyi göstərmədiyini bildirib: “Əslində, “Karvan-Yevlax” qapımız qarşısında elə bir ciddi epziod yaratmamışdı, sadəcə, biz ilk hissənin sonunda onlara penalti hədiyyə etdik. İkinci hissə isə tamamilə fərqli keçdi. Fasilədə futboçulara bildirdim ki, sürət və intensivliyi artırmasaq, bizdə heç nə alınmayacaq. İkinci hissənin ilk dəqiqələrindən gördük ki, rəqib komanda oyunda vaxt aparmağa çalışır. Bunu anladıq və irəli atıldıq ki, hesabı öz xeyrimizə dəyişək. Nəticədə iki qol vurub 2:1 hesabı ilə qalib gəldik. Daha çox fərqlənməli idik, çünki bir neçə 100 faizlik qol imkanımız oldu, sadəcə, onları dəyərləndirmək lazım idi”.
17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizə başa çatıb