Futbol dünyasının tanınmış müdafiəçisi Tiaqo Silva karyerasını Portuqaliyanın "Porto" klubunda davam etdirəcək. 41 yaşlı futbolçunun Fluminense ilə müqaviləsinin bitməsindən dörd gün sonra, dekabrın 20-də bu keçid rəsmi şəkildə açıqlanıb.
“İki sahil” xəbər verir ki, Tiaqo Silvanın "Porto" ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir və razılaşmaya əlavə olaraq bir mövsümlük uzatma seçimi də daxil edilib.
Tiaqo Silva 21 il sonra Portoya qayıdır. 2004/05 mövsümündə o, Juventude klubundan sonra "Porto"nun B komandasında 14 oyunda iştirak etmiş, daha sonra 2005-ci ilin yanvarında Moskva "Dinamo"suna icarəyə verilmişdi.
Onun ilk Avropa dövrü ciddi vərəm xəstəliyi səbəbindən uğursuz olmuşdu. Lakin 2006-cı ildə Fluminenseyə qayıdaraq dünya futbolunun aparıcı müdafiəçilərindən birinə çevrilmişdi.
Hal-hazırda "Porto" Portuqaliya Liqasında liderdir və "Sporting" üzərində 5 xal fərqi var. Klub həmçinin Portuqaliya Kuboku və Avropa Liqasının yarışlarında mübarizə aparır.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.