Kilian Mbappe "Real Madrid"in heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, fransalı fubolçu bu nailiyyətə İspaniya La Liqasının 17-ci turunda "Sevilya"nın (2:0) qapısına penaltidən qol vurmaqla imza atıb.
Bu, onun 2025-ci ildə "Real Madrid"in heyətində 59-cu qoludur.
Qeyd edək ki, Ronaldu 2013-cü ildə Madrid təmsilçisi ilə 59 dəfə fərqlənmişdi.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir