Fransa təmsilçisi PSJ-nin qapıçısı Renato Marin klubun tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, oyunçu buna ölkə kubokunun 1/32 finalında "Fontene"ni məğlub etdikləri matçda iştirak etməklə nail olub. O, Paris komandasının tarixində XXI əsrdə rəsmi qarşılaşmada meydana çıxan ən gənc qolkiperdir. Renato Marin bunu 19 yaş 5 ayında bacarıb.
Qeyd edək ki, PSJ rəqibini dörd cavabsız qolla üstələyib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir