21 dekabr 2025 15:38
82

Fernando Muslera növbəti uğuruna imza atıb

“Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası – Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imza atıb.

“İki sahil” xəbər verir ki,  təcrübəli qapıçı son bir həftə ərzində iki fərqli turnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.

“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında “Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və kubok “Estudiantes”in muzeyinə aparılıb. Qeyd edək ki, “Estudiantes” bir həftə əvvəl, dekabrın 14-də Argentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”u məğlub edərək çempion olmuşdu.