Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Gürcüstan nəqliyyatın əlçatanlığı, dayanıqlı inkişaf və əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. "Qara dəniz regionunda təhlükəsizliyin yaxşılaşdırılması da vacibdir ki, bu da QDİƏT üzv dövlətlərinin davamlı və sabit iqtisadi inkişafı üçün zəruri şərtdir", - deyə nazirlik qeyd edib.
Qeyd edək ki, Gürcüstan 2026-cı il yanvarın 1-dən altı ay müddətinə QDİƏT-ə sədrlik edəcək.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb