Müasir dünyada dayanıqlı inkişaf anlayışı dövlətlərin uzunmüddətli strategiyalarının mərkəzində dayanır. Dayanıqlı inkişaf yalnız iqtisadı artımı deyil, eyni zamanda sosial sabitliyi, ətraf mühitin qorunmasının və idarəetmədə davamlılığı özündə birləşdirir. Bu məqsədlərə nail olmaq üçün dövlətçilik ənənələri olmadan mümkün deyil. Tarix boyu formalaşmış idarəçilik təcrübələri dövlətin inkişaf yolunu müəyyən edən əsas amillərdən biri olmuşdur.
Dövlətçilik ənənələrinin mühüm xüsusiyyətlərindən biri idaəetmədə ardıcıllıq və sabitlikdir. Siyasi və institusional sabitlik iqtisadi inkişaf üçün etibarlı zəmin yaradır. Sabit idarəetmə şəraitində dövlət proqramları və islahatlar uzunmüddətli nəticələr verir, resurslardan planlı və məqsədyönlü istifadə olunur. Bu da dayanıqlı inkişafın əsas şərtlərindən hesab olunur.
Ədalətli idarəetmə və vətəndaş-dövlət münasibətlərinin sağlam qurulması da dayanıqlı inkişafı təmin edən vacib dövlətçilik ənənələridir. Vətəndaşların qərar qəbuletmə prosesində iştirakı, ictimai nəzarətin mövcudluğu və sosial ədalətin qorunması cəmiyyətdə etimadı gücləndirir. Etimad mühütində isə sosial birlik möhkəmlənir və dövlətin inkişaf strategiyaları daha uğurlu həyata keçirilir.
Eyni zamanda, milli mənəvi dəyərlər söykənən dövlətçilik ənənələri cəmiyyətin davamlılğını qoruyur. Tarixi irsi və milli kimliyə hörmət edən dövlətlər qloballaşma şəraitində öz inkişaf modelini formalaşdıra bilir. Bu yanaşma iqtisadi inkişafla yanaşı mədəni və sosial tarazlığın saxlanmasına imkan verir.
Nəticə olaraq, dayanıqlı inkişaf təsadüfi deyil, dərin köklərə malik dövlətçilik ənənələrinin məntiqi nəticəsidir. Güclü idarəetmə, sosial ədalət, milli maraqlara əsasən strategiya və vətəndaş rifahına yönəlmiş siyasət dayanıqlı inkişafın əsas sütunlarını təşkil edir. Bu prinsipə sadiq qalan dövlətlər gələcəyə daha inamla addımlayır.
Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanizm və sosial ədalət prinsiplərinə əsaslanan amnistiya qərarları dövlətçilik ənənələrinin dayanıqlı inkişafla vəhdətini açıq şəkildə nümayiş etdirir. Amnistiya aktlarının elan edilməsi cəmiyyətdə sosial həmrəyliyin güclənməsinə, insan hüquqlarının qorunmasına və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edir. Bu addımlar dövlətin yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial məsuliyyət daşıyan bir institut kimi çıxış etdiyini göstərir və dayanıqlı inkişafın əsas komponentlərindən olan humanist idarətetmə modelini təstiqləyir.
Sevda Hacıyeva,
48 nömrəli məktəbin müəllimi