Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, FHN-dən verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cü il təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub. Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib