"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 15-ci turunda "Haydenhaym"a (4:0) vurduğu qolla Almaniya çempionatında rekord müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı xəbər yayıb.
İngilis futbolçunun Bundesliqada "qol+pas" sistemi üzrə hesabında artıq 100 (81+19) xal var. Bunun üçün ona cəmi 78 oyun lazım olub ki, bu da 2004/2005 mövsümündən - statistika toplanmağa başladığı vaxtdan bəri ən yaxşı göstəricidir. Əvvəlki rekord Arien Robbenə məxsus idi və Robben bu nəticəyə çatmaq üçün 119 oyun keçirmişdi.
Keyn 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya transfer olunub. Cari mövsümdə futbolçu Bundesliqada Münhen klubunun heyətində 15 oyun keçirib, 19 qol vurub və üç məhsuldar ötürmə edib. Çempionlar Liqasında Keyn altı oyun keçirib və beş qol vurub. Hücumçunun aktivində həmçinin Almaniya Kubokunda beş, ölkə Superkubokunda isə bir qol var.