Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri yerlərdə yeni işıqforların quraşdırılması işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, NİİM-dən verilən məlumata görə, piyadaların rahat və təhlükəsiz keçidini təmin etmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyli və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib. Belə ki, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində yeni düyməli piyada işıqforları quraşdırılıb, Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyli və Xaqani küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib