Futbol üzrə Afrika Millətlər Kubokuna start verilib.
“İki sahil” xəbər verir ki, açılış oyununda turnirə ev sahibliyi edən Mərakeş millisi Komor adaları yığması ilə qarşılaşıb. A qrupunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Bu gün turnirdə daha iki qarşılaşma keçiriləcək. A qrupunda Mali Zambiyanı, B qrupunda isə Cənubi Afrika Respublikası Anqolanı sınağa çəkəcək. Görüşlər, müvafiq olaraq, Bakı vaxtı ilə saat 18:00 və 21:00-da başlayacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın 18-də yekun vurulacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir