İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Vyana Beynəlxalq İnstitutu və BVF-nin Bacarıqların İnkişafı İnstitutu ilə birgə təşkil olunmuş “İqlim dəyişikliyinin makroiqtisadi təhlili” mövzusunda beynəlxalq təlim proqramında iştirak edib.
“İki sahil” xəbər verir ki, Vyana şəhərində keçirilən proqramda Asiya və Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, mərkəzi bankların, islahat agentliklərinin nümayəndələri, eləcə də beynəlxalq maliyyə institutlarının aparıcı ekspertləri iştirak ediblər. İki həftə davam edən proqram çərçivəsində qlobal iqtisadiyyatda baş verən hadisələrin iqlim dəyişiklərinə təsiri, resurs zəngini ölkələrdə enerji subsidiyalarının maliyyələşdirilməsi, karbon emissiyasının azaldılmasının ölkələrin makroiqtisadi göstəricilərinə təsiri üzrə mühazirə və praktiki sessiyalar keçirilib.
Bu proqramda iştirak İİTKM-in qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və Azərbaycanın iqtisadi siyasətinin analitik əsaslarının gücləndirilməsi istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib