22 dekabr 2025 11:44
94

Sumqayıtın bir hissəsində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq.

“İki sahil” xəbər verir ki,  "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində D=89 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 800 abonentin qaz təchizatı saat 12:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.