22 dekabr 2025 16:29
93

"Azərbaycan Dəmir Yolları" maliyyə vəziyyətini açıqlayıb

Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.

“İki sahil” bu barədə səhmdar cəmiyyətin maliyyə hesabatına istinadla xəbər verir.

Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.

Ötən il ADY 446,246 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,65 % çoxdur.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.