“Media Savadlılığı” Həftəsinin keçirilməsi artıq ənənə halını alıb və dördüncü ildir ki, cəmiyyətin media savadlılığının artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunur. Cəmiyyətin media savadlılığının artırılması bizim üçün əsas prioritetlərdən biridir. Çünki media savadlılığı yüksək olan cəmiyyət, bir qayda olaraq, heç zaman dezinformasiyanın və yalançı təbliğatın təsiri altına düşmür. Eyni zamanda keyfiyyətli media məzmununu dəyərləndirə bilir.
“İki sahil” xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.
“Bu baxımdan “Media Savadlılığı” Həftəsi ərzində silsilə tədbirlərimiz həyata keçirilib. “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda keçirilən konfransa isə 500-ə yaxın iştirakçı qatılıb. Ümumilikdə isə il ərzində Azərbaycanın müxtəlif bölgələrində, orta məktəbləri və ali təhsil müəssisələrini əhatə edən media savadlılığı proqramımız icra olunub. Bu proqram çərçivəsində ümumilikdə 5 mindən çox gənc maarifləndirmə tədbirlərində iştirak edib.
Düşünürük ki, cəmiyyətin media savadlılığı səviyyəsinin yüksəldilməsi prioritetdir və biz bu istiqamətdə sistemli fəaliyyətimizi davam etdirməliyik”,-deyə N.Məmmədli vurğulayıb.
Naxçıvan şəhərində “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib