Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
“İki sahil” xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə arasındakı təhsil sahəsində əməkdaşlıq sazişlərinə əlavə protokolların təsdiqi, həmçinin Azərbaycanla Oman arasındakı diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi ilə bağlı sazişin ratifikasiyası daxil olmaqla ümumilikdə 11 məsələ daxil edilib.
Plenar iclas Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb