Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Cevdet Yılmaz özünün "X" hesabında paylaşım edib.
"Bakı proqramlarımız çərçivəsində Azərbaycan Milli Məclis sədri Sahibə Qafarova ilə görüşdük. Görüşümüzdə "Bir millət, iki dövlət" anlayışı əsasında ikitərəfli əlaqələrimiz, regional inkişaflar və parlamentlərarası əməkdaşlığımızı müzakirə etdik", - o qeyd edib.
Vitse-prezident əlavə edib ki, 2026-cı ildə Antalyada keçiriləcək COP31 prosesində Azərbaycanın dəyərli dəstəyi, Türk dünyasında çoxtərəfli əməkdaşlıq və regional sülhə töhfə verəcək mexanizmlər də görüşün əsas mövzuları sırasında olub:
"Göstərdikləri qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarova və heyətinə təşəkkür edir, bu vəsilə ilə azərbaycanlı qardaşlarıma məhəbbətlərimi çatdırıram".
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb