Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub.
“İki sahil” xəbər verir ki, görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır