24 dekabr 2025 09:55
487

Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb

Saatlıda ər-arvad dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Qara Nuru kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1933-cü il təvəllüdlü İbrahim Hüseyn oğlu İsmayılov və arvadı, 1936-cı il təvəllüdlü Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.