UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb.
“İki sahil” xəbər verir ki, Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib.
Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi, həmçinin UEFA-ya müraciət etmişdi.
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.