Ağdaş rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğum günü ilə əlaqədar ekoloji mühitin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
“İki sahil” xəbər verir ki, aksiyada Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və digər rəsmi şəxslər, həmçinin partiya fəalları iştirak ediblər.
YAP Ağdaş rayon təşkilatı və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində Ağdaş şəhərinin Heydər Əliyev Meydanında və Bakı-Qazax magistral yolunun Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisindən keçən hissəsində 500 ədəd Oleandr tingi əkilib. Əkilmiş tinglərə agrotexniki qulluq göstərilib.
Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir