Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev AZAL-ın təyyarə qəzasının baş verməsinə səbəb olanların cəzalandırılmasını gözlədiklərini bildirib.
“İki sahil” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, dövlətin qayğısını həmişə üzərlərində hiss edirlər.
"Hökümə həmişə deyərdi ki, mən kəlbəcərliyəm. Tale elə gətirdi ki, Prezident İlham Əliyev Hökumənin ailəsinə Kəlbəcərdən ev verdi. Bir daha təşəkkür edirəm", - C.Əliyev qeyd edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında düşüb. İlkin araşdırmanın nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
Gecə saatlarında Sahil bağının yaxınlığında avtomobillərdən birində yanğın olub