Mən Zəngilan rayonunun Məmmədbəyli kəndindənəm. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki bu gün torpaqlarımıza, öz vətənimizə qovuşuruq.
“İki sahil” xəbər verir ki, bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Raqif Gülüşov söyləyib.
"O torpaqlar uğrunda şəhidlərimizin qanı axıdılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Prezidentimizə cansağlığı versin. Onun "Dəmir yumruğ"u daim düşmənlərimizin başı üzərində olsun",- deyə R.Gülüşov vurğulayıb. Prezident İlham Əliyevin qətiyyəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi sayəsində bu gün doğma torpaqlarına qayıtdığını deyən keçmiş məcburi köçkün bildirib: "Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür. Tam 30 ildən sonra öz vətənimə, öz kəndimə, öz obama dönürəm. Bu yolda bizə dəstək olan, kömək göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Gecə saatlarında Sahil bağının yaxınlığında avtomobillərdən birində yanğın olub