Sabirabadda kombaynın aşması nəticəsində sürücü ölüb. Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.
“İki sahil” xəbər verir ki,1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpü üzərindən keçərkən kanala aşıb. Hadisə zamanı sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gecə saatlarında Sahil bağının yaxınlığında avtomobillərdən birində yanğın olub