Çin Azərbaycana minatəmizləmə üçün 2 milyon yuan (284 000 ABŞ dolları) ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
"Çin ilə Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı faydalı deyil, həm də hər iki ölkə xalqlarının xeyrinədir. İki ölkə başçıları tərəfindən imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi çərçivəsində Çin Azərbaycan Minatəmizləmə Agentliyinə 2 milyon yuan (284 000 ABŞ dolları) məbləğində maliyyə yardımı göstərib.
Bu da Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsinə, azad edilmiş ərazilərin bərpasına və yerli sakinlərin təhlükəsizliyinin təmin edilməsinə yardım məqsədi daşıyır", - o qeyd edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb