Bakıda və bölgələrdə son iki gündə pirotexniki vasitələr satan 22 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.