"İnter Mayami"nin hücumçusu Lionel Messi Meksika liqasını fəal şəkildə izləyir, liqadakı klublar və oyunçular haqqında yaxşı məlumatlıdır.
“İki sahil” xəbər verir ki, bunu "İnter Mayami"nin qapıçısı Vilyam Yarbrouq "La Aficion" nəşrinə müsahibəsində bildirib. "Meksika liqası onun çox xoşuna gəlir. O, hər şeyi bilir - sözün əsl mənasında bütün klubları, oyunçuları və matçları. Leo futbolu sevir və Meksikaya qarşı heç bir pis niyyəti yoxdur. Heç bir", - Yarbrouq deyib.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Bu müddət ərzində argentinalı bütün yarışlarda 88 oyun keçirib, 77 qol vurub və 44 məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir. "Transfermarkt"a görə, Messinin bazar qiyməti 15 milyon avrodur.