26 dekabr 2025 09:43
86

Qara Qarayev: Hər şey üçün çox sağ olun

"Araz-Naxçıvan"dan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev klub rəhbərliyinə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, 33 yaşlı yarımmüdafəçi bu barədə sosial şəbəkədəki paylaşımda bildirib. Təcrübəli oyunçu Naxçıvan təmsilçisi ilə vidalaşıb: "Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm. Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Qara Qarayevin yolların ayrıldığını açıqlayıb. O, klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.