Gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycan üçün maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
O, həmçinin qeyd edib ki, Azərbaycana qarşı müxtəlif platformalarda qarayaxma kampaniyası aparılır: "Aktiv şəkildə beynəlxalq media qurumları ilə işləyirik. Lakin bəzi problemlərlə üzləşirik. Belə ki, bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyalarına davam edir, məqalələr dərc olunur. Guya ki, bizim sülh prosesi təkcə Azərbaycanın maraqlarına hədəflənib".
F.Şəfiyev gələn il baş verəcək hadisələrə diqqət çəkərək bildirib ki, iyun ayında Ermənistanda seçkilər olacaq:
"Bu hadisə bizim üçün maraqlıdır. Biz bəzi addımlarım atılmasını gözləyirik. ABŞ-nin vasitəçiliyi ilə aramızda olan danışıqlar önəmlidir".
Sədr əlavə edib ki, ABŞ ilə münasibətlərdə Strateji Tərəfdaşlıq Xartiyası, 907-ci düzəliş Azərbaycan üçün çox vacib məsələlərdir:
"Ümid edirik ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə də yeni mərhələ açılacaq. Bəzən müəyyən problemlərlə üzləşirik. Buna nümunə Ermənistanla Aİ arasında imzalanan sənəddə Azərbaycan əleyhinə fikirlərin yer almasıdır".
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb